Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" "Keşlə"nin qonağıdı.
Sportal.az xəbər verir ki, paytaxt klubları matçdan öncə 9 noyabr - Bayraq günü münasibəti ilə gözəl addım atıb. Hər iki komandanın üzvləri meydana şəhid övladları ilə çıxıblar.
Bundan başqa "Neftçi" üzərində "Bayraq mənliyimdi, bayraq kimliyim. Bayraq - öz yurduma öz hakimliyim", "Keşlə" isə "Qəhrəmanları olan Vətənin bayrağı enməz" yazılmış plakat nümayiş etdirib.