Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. Son oyun günündə iki qarşılaşma keçirilib.
Sportal.az xəbər verir ki, "Sabah" evdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzub. "Zirə" isə lider "Qarabağ"ın qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
10 noyabr (bazar)
“Sabah” – “Sumqayıt” - 1:3
Qollar: Ulisse Diallo, 32 - Peyman Babayi, 56, Mehdi Şərifi, 76, Əmir Ağayev, 90+5
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena”, 16:30
“Qarabağ” – “Zirə” - 1:1
Qollar: Maqaye Qeye, 5 - Riçard Qadze, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
saytlarin hazirlanmasi