“Kayserispor”da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Bakıya gəlib.
Sportal.az xəbər verir ki, 2017/2018 mövsümündə Ağdam klubunda icarə əsasında oynamış braziliyalı vinger milli çempionatlarda yaranan fasilədən istifadə edərək Azərbaycana baş çəkib.
29 yaşlı futbolçu sabiq komandasının Premyer Liqanın 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdiyi oyunu Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyir.
saytlarin hazirlanmasi