Bu gün AÇ-2020-nin seçmə mərhələsində IX tura start verilib.
Sportal.az xəbər verir ki, A, B və H qruplarında 7 matç baş tutub.
H qrupunda qərarlaşan Türkiyə millisi İslandiyanı qəbul edib. “Ay-ulduzlu” yığma məğlub olmamaqla, final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qrupun digər oyununda Moldovanı məğlub edən Fransa da adını final mərhələsinə yazdırıb.
A qrupunda qərarlaşan İngiltərə yığması da Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupun digər görüşündə Kosovonu məğlub edən Çexiya millisi də final mərhələsinə yüksəlib.
AÇ-2020
Seçmə mərhələ, IX tur
14 noyabr (cümə axşamı)
A qrupu
İngiltərə - Monteneqro - 7:0
Qollar: Aleks-Oksleyd Çemberleyn, 11, Harri Keyn, 18, 24, 37, Markus Reşford, 30, Aleksandar Şofranats, 66 (avtoqol), Temmi Abraham, 84
Çexiya – Kosovo - 2:1
Qollar: Aleks Kral, 71, Ondrey Çelustka, 79 - Arte Nuhiu, 50
B qrupu
Serbiya – Lüksemburq - 3:2
Qollar: Aleksandar Mitroviç, 11, 43, Nemanya Radonyiç, 70 - Jerson Rodriqes, 54, David Turpel, 75
Portuqaliya – Litva - 6:0
Qollar: Kriştiano Ronaldo, 7, 22, 65, Pitsi, 52, Qonsalu Pasyensiya, 56, Bernardu Silva, 63
H qrupu
Türkiyə - İslandiya - 0:0
Fransa – Moldova - 2:1
Qollar: Rafael Varan, 35, Olivye Jiru, 79 (pen.) - Vadim Ratsa, 9
Albaniya – Andorra - 2:2
Qollar: Bekim Balay, 6, Rey Manay, 55 - Kristian Martines, 18, 48
saytlarin hazirlanmasi