Qaret Beyl: "Azərbaycan millisində inkişaf hiss olunur"

15:37 - 15 Noyabr 2019

Uels millisinin kapitanı Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsinda Azərbaycanla oyun öncəsi mətbuat konfransında iştirak edib.

 

Spotal.az xəbər verir ki, "Real"ın ulduz futbolçusu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

 

- Remzinin qayıdışı məni sevindirir. Onunla meydanda olmaq xoşdur. Milli komandada oynamaq hər zaman şərəflidir. Bütün gücümü meydanda ortaya qoyacam.

 

- Əvvəllər U-21 səviyyəsində Azərbaycana qarşı oynamısız, yoxsa Bakıya ilk dəfədir gəlirsiz?

- Xeyr, Bakıya ilk dəfədir gəlirəm.

 

- Azərbaycan millisi haqda nə düşünürsüz?

- Son oyunlarınızı izləyəndə inkişaf görmək olur. Beş il əvvəlki yığmanızla indiki arasında fərq, inkişaf hiss olunur.

Xəbər xətti