Rayan Giqqz: "Azərbaycanda çox dəyişiklik olmayıb"

15:42 - 15 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels oyunundan öncə təşkil edilən mətbuat konfransında britaniyalıların baş məşqçisi Rayan Giqqz jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis sabahkı görüş barədə fikirlərini bildirib:

 

- Burada az müddət olmağıma baxmayaraq, yaxşı vaxt keçirəcəyimə inanıram. Sabah böyük oyun olacaq. Çalışacağıq ki, seçmə mərhələdəki növbəti iki matçımızda qələbə qazanaq. Asan olmayacaq. Oyunçuların həyəcanlı olmasına baxmayaraq, çalışacağıq ki, qələbə qazanaq. Bunun üçün əlimizdən gələni edəcəyik.

 

- Aron Remzi və Qaret Beyl sabahkı oyunda heyətdə olacaqmı?
- Beyl bu yaxınlarda zədələnmişdi. Vəziyyəti hazırda yaxşıdır

 

- Ceyms Lourensin vəziyyətdi necədi?
- Zədə almasına baxmayaraq, vəziyyəti yaxşıdı. Vacib qərarlar alacağıq.

 

- Vaxtilə futbolçu kimi Azərbaycana qarşı oynamısız. İndi də baş məşqçi kimi gəlmisiz buraya. Düşüncələriniz nədi?
- Azərbaycana qarşı oynamışam. Çox dəyişiklik olmayıb. Baş məşqçi kimi daha çətindi.

Xəbər xətti