Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda Fransa yığması Gürcüstanı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcülərin heyətində Kviça Kvaratsxeliya da fərqlənib. Azərbaycan millisinin və "Şəmkir"in sabiq hücumçusu Badri Kvaratsxeliyanın 18 yaşlı oğlu komandasının ikinci qolunu vursa da, fransızlar oyuna əlavə olunmuş dəqiqələrdə penalti qolu ilə qələbə qazanıblar.
Qrupda Fransa Azərbaycanı 5:0, Gürcüstan isə 3:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi