Ronaldo əvəzlənməsindən danışdı: "Tam hazır deyildim"

12:12 - 18 Noyabr 2019

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Lokomotiv"ə (Moskva) qarşı Çempionlar Liqası və "Milan"la A Seriyası matçlarında əvəzlənməsi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu bu görüşlərdə tam hazır olmadığını etiraf edib:

 

"3 həftə maksimum güclə çalışa bilmədim. Hamı bilir ki, əvəzlənməkdən xoşum gəlmir, ancaq dəyişildiyimə görə problem yaradacaq heç nə etməmişəm. Zədəli halda oynayaraq "Yuventus"a kömək etmək istədim. Heç kim əvəzlənməyi sevmir, ancaq məşqçilər heyətinin qərarlarını anlayışla qarşılayıram. Çenki bu iki oyunda o qədər də yaxşı hiss etmədim. Tam hazır deyildim".

 

Bu mövsüm "Yuventus"da 14 görüş keçirən Ronaldonun hesabında 6 qol, 2 assist var.

Xəbər xətti