"Koronavirus təhlükəsi aradan qalxandan sonra qərar verəcəyəm" - adı millimizlə hallanan məşqçi

16:16 - 26 Aprel 2020

"Beşiktaş"dan ayrıldıqdan sonra Azərbaycan millisini çalışdırmaq üçün AFFA-dan təklif aldığı iddia edilən Abdullah Avcı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, türk mütəxəssis NTV kanalında canlı yayıma qoşulub və təkliflər barədə danışıb:

 

"Öncə indiki vəziyyət düzəlməlidir. Futbolun necə davam edəcəyini bilmirik. Gündəmi təqib edirik. Məncə, futboldakı nəticələr meydanda reallaşmalıdır. "Beşiktaş"dan ayrıldıqdan sonra ölkədən və xaricdən təkliflər oldu. Karyeram ilə bağlı koronavirus təhüləksi aradan qalxdıqdan sonra qərar verəcəm".

 

56 yaşlı mütəxəssis bu ilin yanvarında "Beşiktaş"dan göndərilib.

 

Xəbər xətti