UEFA İngiltərə Premyer Liqasına və digər milli çempionatlara mayın 25-dək cari mövsümün bərpa olunması üçün plan hazırlamağı tapşırıb.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin mayın 27-də növbəti videokonfransı baş tutacaq. İclasda cari mövsümün avqusta qədər başa çatdırılıb-çatırılmayacağı müzakirə olunacaq.
UEFA mövsümün bərpa edilməsini federasiyalara tövsiyə edib. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) çempionatların yerli hökümətlərin qərarına əsasən ləğv edilməsini istəyir.
Bundan əlavə, UEFA AÇ-2020-nin təşkil ediləcəyi 12 şəhərdən aprelin 30-dək turnirə ev sahibliyi edəcəklərinə dair təsdiq istəyib.
Bakı, Dublin və Buxarest AÇ-2020-yə ev sahibliyini edəcəyini təsdiq edən şəhərlərdəndir.
saytlarin hazirlanmasi