Azərbaycan klubları məşqlərə başlamaq üçün gün sayır

16:00 - 28 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqası mayın 23-də bərpa ediləcək. Peşəkar Futbol Liqası mayın 21-də I Divizionun bərpasının planlaşdırıldığını açıqlamışdı.

 

Sportal.az xəbər verir ki, ölkədə karantin rejimi bitəndən sonra klublar hazırlığı bərpa edəcək. Mayın 4-dən sonra karantin rejimi sərtləşdirilməsə, komandalar çempionata hazır olmaq üçün məşqlər keçəcək.

 

Azərbaycan Premyer Liqasında mövsümün başa çatmasına 8 tur qalıb.

Xəbər xətti