Türkiyənin "Kayserispor" klubunun türkiyəli futbolçusu Hasan Hüseyn Acar Azərbaycan milli komandasında oynamaqdan imtina edib.
Sportal.az DHA agentliyinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasında oynamaq arzusunda olduğunu deyib:
"Hər futbolçunun milli komandada oynamaq arzusu var. Türkiyə millisində oynamaq istəyirəm. Bu mövsüm Azərbaycan yığmasında oynamaq təklifi aldım, ancaq mən öz millimizdə çıxış etmək istəyirəm. Bu, hər gənc türk futbolçuda olduğu kimi, mənim də arzumdur. Buna görə də Azərbaycandan gələn təklifi qəbul etmədim.Türkiyə millisində oynamağa yaxınlaşıram. Belə davam etsəm, dəvət ala bilərəm".
"Əskişəhərspor"un yetirməsi olan Hasan Hüseyn Acar 2018-ci ildən "Kayserispor"da çıxış edir. Yarımmüdafiəçi Türkiyənin U-20 yığmasının üzvü olub. O, ötən il Azərbaycan millisində oynamaq üçün təklif aldığını demişdi: "Təklif gəlməsi xəbəri doğrudur. Düşünürəm və buna müsbət baxıram. Milli üzvü olmağı hər kəs istəyir. Türkiyə yığmasında oynamaq istəyərəm, ancaq Azərbaycan millisində də çıxış etmək qürur verər".
saytlarin hazirlanmasi