"Zirə"nin qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Sportal.az "Vesti"yə istinadən xəbər verir ki, 26 yaşlı qapıçıya "Kaysar" klubu maraq göstərir. Qızılordalılar mövsümün sonunda azad agent statusu daşıyacaq qolkiperi rənglərinə bağlamaq istəyir.
Balayevin növbəti mövsüm Avropa Liqasında çıxış edəcək kluba keçmək ehtimalı var. Komandanın çalışdırıcısı Stoyço Mladenov çərçivəni daha etibarlı qapıçıya tapşırmaq fikrindədir.
Azərbaycan millisinin üzvü qış fasiləsində Qazaxıstanın "Tobol" klubundan ayrılaraq, "Zirə"yə keçmişdi.
saytlarin hazirlanmasi