Azərbaycanda futbola tətbiq olunan qadağa qüvvədə qaldı

23:00 - 1 May 2020

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən brifinqdə Azərbaycan Premyer Liqasının bərpası məsələsi ilə bağlı sualı cavablandırıb.

 

Sportal.az xəbər verir ki, o kütləvi tədbirlərə olan qadağanın aradan qaldırılmadığını bildirib: "Kütləvi tədbirlərlə bağlı qərar hələ ki, qüvvədə qalır. Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacaq, bu, artıq vəziyyətdən asılıdır".

 

Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də birinci divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Xəbər xətti