Kamal Mirzəyev: "Koronavirusa görə maaşımızdan 2500 dollar tutuldu"

14:45 - 5 May 2020

Küveytin "Əl-Salmiyə" klubunda çıxış edən Kamal Mirzəyev Sportal.az-a açıqlama verib.

 

25 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasına görə Azərbaycana qayıda bilmədiyini deyib:

 

"Klub futbolçulara bildirdi ki, xərclərinizi qarşılayacağıq. Hər şeyi evimizə göndərirlər. Sıxıntı yaşamırıq, lazım olanları klub işçiləri gətirir. Evdən çıxmağa icazə yoxdur. Səfirliklə danışmışam. Böyük ehtimalla, iyunun 1-dək uçuş olmayacaq. Mənə belə dedilər. Hazırda gözləyirəm".

 

Kamal çempionatda oynayan hər futbolçunun COVID-19 pandemiyasına görə Küveyt Futbol Federasiyasının yaratdığı fonda 2500 dollar köçürdüyünü deyib:

 

"Federasiya koronavirusa görə fond yaratdı və futbolçuların məvacibindən 2500 dollar tutuldu".

Xəbər xətti