Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” evdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
Zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşdə oynamayıb. Rüstəm isə 59-cu dəqiqədə meydana daxil olub.
“Minay”ın bu məğlubiyyətdən sonra Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.