Türkiyə 1-ci liqasında 34-cü tura start verilib.
Sportal.az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi “Boluspor” evdə "Əskişehirspor"a 3:0 hesabı ilə qalib gəlib.
Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 17 və 56-cı dəqiqələrdə qol vurub. Bu, 29 yaşlı yarımmüdafiəçinin komandada ilk qolları olub.
42 xalı olan “Boluspor” 12-ci pillədə qərarlaşıb.