Azərbaycan Premyer Liqasının XXVII turunda "Qarabağ"a uduzan (0:2) "Keşlə"nin baş məşqçisi SƏnan Qurbanov matç barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:
"Çempionat sona çatdıca futbolçuların gücü tükənir, onları bərpa edib oyuna çıxarmağa çalışırıq. Taktiki cəhətdən düzgün hazırlamaq istəyirdik. Məni üzən sadə səhvlər, top itkiləridi. Bu, planımıza daxil deyildi. Oyunumuz məni məyus etdi. Amma bunu düzəltməyə çalışacağəq. "Qarabağ" bizdən güclü idi, onları təbrik edirəm. Qarşıda "Qəbələ" və "Sumqayıt"la final oyunumuz var. Başa düşürük ki, hər iki matça maksimum hazır olmalıyıq".
saytlarin hazirlanmasi