Gürcüstan çempionatında 14-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” Tbilisidə “Lokomotiv”lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
21 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Samtrediya” 9 xalla 10 komanda arasında 9-cudur.
saytlarin hazirlanmasi