AFFA Apellyasiya Arbitraj Tribunalının "Sumqayıt" və "Zirə" klubu ilə bağlı qərarları açıqlanıb.
Sportal.az xəbər verir ki, qərarlara əsasən, “Sumqayıt” Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edilib. AFFA İntizam Komitəsinin mayın 5-də etdiyi qərarla Camaləddin Xocaniyazova verilən 4 oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 manat cərimə müvafiq olaraq 2 oyun kənarlaşdırılma cəzası və 1600 manat cərimə ilə əvəzlənib.
“Zirə”nin apellyasiya şikayəti isə təmin edilməyib. AFFA İntizam Komitəsinin mayın 5-də “Zirə” Futbol Klubu və məşqçisi Eltun Yaqublu barədə verdiyi qərar qüvvədə saxlanılıb.