Azərbaycan Premyer Liqasının XXVIII turunda "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, çempionluq matçı komandaların baş məşqçiləri - Samir Abasov və Qurban Qurbanovun 19-cu dueli olacaq. Əvvəlki görüşlərin 2-də Abasov, 13-də Qurbanov üstün tərəf olub, 3 matçda qalib müəyyənləşməyib. Samir Abasov "Neftçi"yə gəldikdən sonra baş tutan yeganə görüşdə "ağ-qaralar" qələbə qazanıb.
"Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da start götürəcək.
saytlarin hazirlanmasi