“Qalatasaray” 2017/18 mövsümündə komandanı çalışdıran İqor Tudora təzminat ödəyəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi xorvatiyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün ona 600 min avro təzminat ödəyəcək.
Tudor 2017-ci ilin fevralından dekabrına qədər “sarı-qırmızılar”ı çalışdırıb. O, hazırda “Yuventus”da məşqçi işləyir.
saytlarin hazirlanmasi