“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir təqdirəlayiq addım atıb.
Sportal.az xəbər verir ki, o, ötən gün “Neftçi”yə uduzaraq çempionluğu əldən verdikləri matçdan (0:1) sonra keçirilən mətbuat konfransında Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti olan qazi Daşqın Əzizə yaxınlaşıb.
O, müxbirin müharibədə döyüşməsini xatırladaraq deyib: “Mən Qurbanın etdikləri sizin etdiklərinizin yanında heç nədir".
Daşqın Əziz Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb.
saytlarin hazirlanmasi