Stankoviç qalır, Honda gedir

01:01 - 21 May 2021

Premyer Liqanın son çempionu "Neftçi" müqaviləsi başa çatan futbolçularla danışıqları tamamlamaq üzrədir.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu Voislav Stankoviç "ağ-qaralar"da qalmağa razılaşıb. 33 yaşlı müdafiəçi ilə 1 illik razılıq əldə olunub.

 

Qış fasiləsində komandaya keçən Keysuke Hondanın müqaviləsi isə uzadılmayacaq.

 

34 yaşlı yaponiyalı futbolçu paytaxt təmsilçisində keçirdiyi 8 oyunda 2 qol vurub. Stankoviç isə bu mövsüm Premyer Liqada 27 oyunda 3 qolla yadda qalıb.

Xəbər xətti