"Hatayspor"un hücumçusu Aron Bupendza karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az "Gabon Review" nəşrinə istinadla xəbər verir ki, 24 yaşlı futbolçunu "Atalanta" transfer etmək istəyir. Nəşrin məlumatına görə, Berqamo təmsilçisi 8 milyon avroya bu transferi tamamlayacaq.
Qabonlu forvard başa çatan mövsüm Super Liqada keçirdiyi 36 oyunda 22 qol vurub və çempionatın bombardiri olub.
saytlarin hazirlanmasi