"Fənərbaxça" transfer fəaliyyətinə başlayıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Xerdan Şakirini transfer etmək istəyir.
Məlumata görə, "qırmızılar" 2 illik kontraktı mövcud olan 29 yaşlı futbolçu üçün 7 milyon avro təzminat tələb edir. "Fənərbaxça" isə bu məbləği ödəmək istəmir. "Sarı-lacıvərdlilər" İsveçrə millisinin üzvünü icarəyə götürmək fikrindədir.
Şakiri başa çatan mövsümdə keçirdiyi 22 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi