"Qarabağ"ın keçmiş futbolçusu Simeon Slavçev Bolqarıstanın "7/8" telekanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi Ağdam klubundan "Levski"yə (Sofiya) keçidi barədə danışıb:
"Levski"dən təklif gələndə "Qarabağ"la müqaviləm davam edirdi. Bu komandaya keçmək üçün böyük pullardan imtina etdim. Burada öz arzumu gerçəkləşdirmək istəyirdim. Zədə ilə bağlı problem yarananda rəhbərliyə dedim ki, istənilən məbləğə burada qalmağa hazıram. Amma komandama kömək edə bilməmək mənim üçün ağırdır".
Slavçev 2018/2019 mövsümündə "Qarabağ"ın formasını geyinib. 27 yaşlı futbolçu ötən mövsüm "Levski"də 8 oyun keçirib.
saytlarin hazirlanmasi