"Mahir Emreli bunu həll etsin və fikrini futbola cəmləsin"

14:01 - 30 May 2021

"Mahirlə bağlı çox söz söhbətlər gedir. Təki inşallah harasa transfer olunsun. Hara gedəcəksə xeyirli-uğurlu olsun".

 

Sportal.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Mahir Emrelinin legioner həyatı yaşamaq perespektivlərdən danışan Vaqif Cavadov deyib.

 

Millimizin sabiq hücumçusu bir vaxtlar legioner həyatı yaşamış biri kimi Emreliyə öz məsləhətlərini də verib: "İlk növbədə seçimini düzgün etməlidir. Baxmalıdır ki, gedəcəyi komanda hansı futbolu nümayiş etdirir. Baş məşqçi ona güvənir, yoxsa yox. Mencerdən əlavə birbaşa məşqçinin istəyi olmalıdır. Bu çox önəmlidir.

 

Əsas məsələlərdən biri xaricdə yaşmağı bacarmalıdır. Müəyyən çətinliklər olur. Ailə problemləri yaranır. Bunu həll etsin və fikrini futbola cəmləsin. Ən önəmlisi hara getsə bilsin ki, xalqımızı, dövlətimizi təmsil edir. Heyətə düşməsə belə ruhdan düşməsin. Məşqlərdə maksimum gücü ilə çalışsın. Neçə illərdi burda sərgilədiyi futbolu digər ölkədə də göstərə bilsin".

 

2009-cu il səs-küylü şəkildə "Qarabağ"dan Hollandiya "Tvente"sinə transfer olunan və uğursuzluq yaşayan Cavadov Mahirin də eyni taleyi yaşamaq ehtimalından danışıb: "Mahirin ilk legioner həyatı olacaq. Uğursuzluq yaşasa əsla ruhdan düşməsin. Yenidən ölkəmizə qayıtsa belə söz-söhbətlərə fikir verməsin. Fikirlərini futboluna cəm eləsin. Bununla həm də Azərbaycan millisinə uğur gətirmiş olacaq".

Xəbər xətti