"Qarabağ" toplanış üçün Avstriyaya gedir?

22:42 - 30 May 2021

Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan biri "Qarabağ”ın yay hazırlıq planlarına böyük ölçüdə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "köhlən atlar” ənənəyə uyğun olaraq, ölkə xaricində hazırlıq keçmək istəyir.

 

Amma buna da mövcud vəziyyətlə bağlı əngəllər var. "Qarabağ”ın yay təlim-məşq toplanışı ilə bağlı planlarından komandanın sözçüsü Gündün Abbaszadə danışıb: "İyunun 13-də Bakıda yeni mövsümün çalışmalarına start verəcəyik. Hazırlığın ilk mərhələsi paytaxtda baş tutacaq. Təlim-məşq toplanışının harda olması ilə bağlı danışmaq indiki məqam üçün bir qədər çətindi. Təbii, istəyərik ki, normal şərtlərdə olduğu kimi Avstriyada keçək. Çünki təlim-məşq toplanışında oyun sayının çoxluğu, rəqiblərin fərqli olması bizim üçün önəmlidi.

 

Lakin məsələ burasındadı ki, pandemiya ilə bağlı vəziyyət, texniki məsələlər, vizanın verilməsi, həmin ölkəyə gedən Azərbaycan vətəndaşlarının 14 gün karantində qalması bizim üçün əngəl ola bilər. Bütün bunlar həll olunarsa, hazırlığın ikinci mərhələsini, təbii ki, paytaxtdan kənarda – ölkə xaricində keçirmək istəyirik. Bunu baş məşqçinin təqdim etdiyi hazırlıq planına əsasən deyirəm”. (Sport7.az)

    

Xəbər xətti