Çempionlar Liqasında çıxış edəcək "Neftçi" heyətini gücləndirmək üçün səfərbər olub.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Keşlə"dən ayrılan Sezar Meza Kolli ilə müqavilə şərtlərini razılaşdırıb. 29 yaşlı paraqvaylı yarımmüdafiəçi ilə 2 illik anlaşma əldə olunub.
"Ağ-qaralar" "Sumqayıt"la müqaviləsi başa çatan Xəyal Nəcəfovu da rənglərinə bağlayıb. Paytaxt təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyunun 30-dək razılığa gəlib.
"Neftçi"nin digər transferi hücum xətti üçün nəzərdə tutulub. Paytaxt təmsilçisi son mövsümü Portuqaliya 2-ci liqasında keçirmiş hücumameyilli cinah futbolçusunun yolunu gözləyir.
saytlarin hazirlanmasi