"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın"Legiya" klubuna keçən Mahir Emreliyə dəstək olub.
Sportal.az xəbər verir ki, bu barədə şəxsi İnstaqram hesabından paylaşım edən "Qarabağ"ın və millinin keçmiş kapitanı komanda yoldaşı olmuş futbolçuya Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını yazıb:
“Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən".
23 yaşlı hücumçu isə Rəşad Sadıqovun paylaşımına cavab olaraq İnstaqram hesabında bunları yazıb: "Buralara gəlib çıxmağımda ən önəmli rolu olan insanlardan biri, kapitanım, hər şeyə görə çox sağ ol".
Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi