İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
Sportal.az AZƏRTAC-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionuna keçirilən Uels-İsveçrə matçına (1:1) baxıblar.
Avropa çempionatının 60 illik yubileyi münasibətilə Avro-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunur. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə - Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.
saytlarin hazirlanmasi