Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev Avropa çempionatında Avstriya ilə matçda tarixi qol vurub.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu matçın 28-ci dəqiqəsində fərqlənməklə Şimali Makedoniya millisinin Avropa çempionatının final mərhələsində ilk qolunu vurmağa müvəffəq olub.
İtaliyanın "Cenoa" klubunun hücumçusu turnirdə qol vuran ən yaşlı futbolçuların siyahısında 2-ci olub. 37 yaş 321 günlüyündə rəqib qapısına yol tapan hücumçu yalnız avstriyalı İvitsa Vastiçdən (38 yaş 257 gün) geri qalır.
Şimali Makedoniya millisi ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparır.
saytlarin hazirlanmasi