Beyl Bakıda nədən şikayətləndi?

10:30 - 14 İyun 2021

Uels millisinin kapitanı Qaret Beyl Avropa çempionatının A qrupunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı vinger Bakı Olimpiya Stadionunda keçirilmiş matçla bağlı bunları deyib:

 

"Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindir. Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdır. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq".

 

Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyəyə qarşı keçirəcək.

Xəbər xətti