Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qol.az saytına açıqlamasında bildirib. O, milli komandanın heyətində Moldova ilə yoldaşlıq görüşündə (0:1) zədələnən müdafiəçinin əməliyyat olunacağını və 6 ay müddətində yaşıl meydanlardan kənarda qalacağını deyib:
“Təəssüf ki, tibbi müayinələrdən sonra Bədavi Hüseynovun əməliyyata ehtiyacının olduğu üzə çıxdı. O, diz bağından zədə alıb. Bu isə futbolda ən ağır zədə hesab edilir. Ona görə də Bədavi əməliyyat olunacaq. Bu isə o deməkdir ki, futbolçu 6 ay oynamayacaq. Ümid edirik ki, bərpa müddəti daha az olacaq. Amma indiki halda görünən odur ki, Bədavi 6 ay futboldan kənarda qalacaq. Onun harada əməliyyat olunacağını milli komandanın həkimləri bilir. Çünki Bədavi yığmanın oyununda zədələnib. Buna görə də qaydaya uyğun olaraq onun bütün xərclərini AFFA qarşılayacaq”.
saytlarin hazirlanmasi