Avropa çempionatının Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən Kristian Eriksen açıqlama verib.
Sportal.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi bunları deyib:
"Dünyanın hər yerindən gələn dəstək mesajları üçün hər kəsə təşəkkür edirəm. Bu, mən və ailəm üçün çox şey ifadə edir. Yaxşıyam, amma hələ xəstəxanada bəzi müayinələrdən keçməliyəm. Özümü yaxşı hiss edirəm. Növbəti oyunlarda Danimarka millisinə dəstək olacağam".
29 yaşlı futbolçu qarşılaşmanın 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılmışdı. Eriksen həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılmışdı.
saytlarin hazirlanmasi