"Qarabağ"ın yay təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi komandalardan biri məlum olub.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın "Arsenal" klubu ilə üz-üzə gələcək. Məlumatı tulalıların mətbuat xidməti yayıb. Bildirilib ki, matç iyulun 11-də Avstriyada baş tutacaq.
"Qarabağ" hazırda təlim-məşq toplanışını Bakıda davam etdirir.
saytlarin hazirlanmasi