"5:0 hesabı ilə qalib gələ bilərdik"

00:20 - 17 İyun 2021

"Bundan artıq qürur duya bilməzdim. Yaratdığımız qol epizodlarının sayı çoxdur. Daha çox qol vura bilmədiyimiz üçün məyusuq,  amma oyunçularım möhtəşəm iş gördülər".


Sportal.az xəbər verir ki, bu sözləri Uels millisinin baş məşqçisi Robert Peyc Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Türkiyəyə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib:


"Hörmətsizlik kimi qəbul edilməsin, ancaq Türkiyə İsveçrədən fərqli yığma komandadır. Daha çox qol şanslarımızın olacağıını bilirdik. İlk oyunlar çətin olur, uduzmamaq lazımdır. İndi 4 xalımız var və bu nəticə əladır. 100 faizlik oyunumuz bu deyildi. Şanslarımızı daha yaxşı dəyərləndirsəydik, 4:0 və ya 5:0 hesabı ilə qalib gələ bilərdik".

Xəbər xətti