Avro-2020-nin qrup mərhələsi davam edir.
Sportal.az xəbər verir ki, bu gün 3 matç keçirilib.
E qrupunda Slovakiya İsveçlə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Daha iki görüş isə D qrupunda olacaq. Əvvəlcə Xorvatiya Çexiya ilə qarşılaşıb və bərabərə qalıb - 1:1.
İngiltərə millisinin isə növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin etmə şansı olsa da, komanda Şotlandiya ilə heç-heçə etməklə bundan yararlana bilməyib - 0:0.
Turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.
18 iyun
Avro-2020
2-ci tur
E qrupu
17:00. İsveç - Slovakiya - 1:0
Qol: Emil Forsberq, 77 (pen.)
Baş hakim: Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu
D qrupu
20:00. Xorvatiya - Çexiya - 1:1
Qollar: Şik, 37 (pen.) - Perişiç, 48
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu
23:00. İngiltərə - Şotlandiya
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
London. “Uembli” stadionu