Avropa çempionatında qrup mərhələsinin 3-cü turuna start verilib.
Sportal.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.
Qrup mərhələsinin sonuncu – 3-cü turunun ilk oyun günündə A qrupunun qarşılaşmaları keçirilib.
Sonuncu sırada qərarlaşan Türkiyə yığması İsveçrə ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən oyunda İsveçrə millisi 3:1 hesablı qələbə qazanıb. Qrupu 3-cü bitirən İsveçrə 1/8 finala yüksəlmək üçün digər qruplardakı oyunlarının nəticələrini gözləməli olacaq.
Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb və qalib gəlib - 1:0. İtaliya qrupda 1-ci, Uels isə 2-ci olub. Hər iki komanda 1/8 finala adlayıb.
AÇ-2020
A qrupu
20 iyun
20:00 İtaliya – Uels - 1:0
Qol: Matteo Pessina, 39
Qırmızı vərəqə: İtan Ampadu, 56 (Uels)
Baş hakim: Ovidiu Haçeqan (Rumıniya).
Roma. “Olimpiko” stadionu.
20:00 İsveçrə – Türkiyə - 3:1
Qollar: Haris Seferoviç, 6, Xerdan Şakiri, 26, 68 - İrfan Can Kahveci, 62
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Bakı. Olimpiya stadionu.