“Qalatasaray”ın yeni prezidenti Burak Elmas klubla müqaviləsi bitən Fatih Terimlə bağlı qərarı açıqlayıb.
Sportal.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin vəzifəsində qalacağını deyib:
“Müqavilə, təqdimat mərasimi kimi proseslərə itiriləcək bir dəqiqə də vaxtımız yoxdur. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdir. Görüşdük, razılaşdıq, sabahdan etibarən evimizdə - Floryada komandanı məşqə çıxaracaq. Görüləcək çox işimiz var. Birlikdə çox şey bacaracağıq”.