Avro-2020-nin qrup mərhələsi davam edir.
Sportal.az xəbər verir ki, 11-ci oyun günündə nəzərdə tutulan 4 qarşılaşmadan 2-si başa çatıb.
C qrupunda 1/8 finala vəsiqəni təmin edən Niderland Şimali Makedoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gələrək qrupu 1-ci pillədə tamamlayıb. Niderland "pley-off"da D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Bu qrupun digər görüşündə isə Avstriya Ukraynanı 1:0 hesabı ilə məğlub edərək qrup 2-cisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə A qrupunun 1-cisi İtaliya ilə üz-üzə gələcək.
B qrupunda Rusiya Danimarka ilə, Finlandiya Belçika ilə qarşılaşacaq.
AVRO-2020, 3-cü tur
21 iyun
C qrupu
20:00. Ukrayna - Avstriya - 0:1
Qol: Baumqartner, 21
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Buxarest. “Nasional” stadionu
20:00. Şimali Makedoniya - Niderland - 0:3
Qollar: Memfis Depay, 24, Veynaldum, 51, 58
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”