Şimali Makedoniya millisində baş məşqçi ayrılığı

13:13 - 22 İyun 2021

Şimali Makedoniya millisinin baş məşqçisi İqor Anqelovski vəzifəsindən ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunun Niderlandla oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib. O, Şimali Makedoniya millisi ilə müqaviləsinin müddətinin iyulda bitdiyini və yığmadan ayrılacağını deyib.

 

Anqelovski 2015-ci ildən Şimali Makedoniya millisini çalışdırırdı.

Şimali Makedoniya millisi AÇ-2020-nin C qrupunu sonuncu sırada bitirib.

Xəbər xətti