Şevçenkonun acı etirafı

15:57 - 22 İyun 2021

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko AÇ-2020-nin son qrup matçında Avstriyaya məğlubiyyəti (0:1) şərh edib.

 

Sportal.az xəbər verir ki, o, komandasının fiziki baxımdan çatdırmağını etiraf edib.

 

“Topa gecikəndə, çatdırmayanda gec ya tez səhv edirsən. Biz səhv etdik. Meydanın mərkəzində sadə vəziyyətdə topu itirdik. Künc zərbələrində yaxşı oynamadıq. Qol buraxdıq. Bundan sonra oyuna qayıtmaq şansımız olmadı. Uşaqlar əllərindən gələni etdilər. Mən meydanda gücü qalmayan bir komanda gördüm. Ona görə də oyunu gücləndirmək üçün hansısa addım atmaq mümkünsüz idi. Hazırkı fiziki formamızın bizə imkan verdiyi səviyyədə oynaya bildik”.

Xəbər xətti