İngiltərə qrup birincisi oldu, Xorvatiya və Çexiya 1/8 finalda

00:52 - 23 İyun 2021

Avro-2020-nin qrup mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, 12-ci oyun günündə 3-cü turun 2 matçı keçirilib.

 

D qrupunda Çexiya İngiltərə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. İngiltərə bu qələbə ilə xalını 7-yə yüksəldib və qrup 1-cisi olub.  Xorvatiya isə Şotlandiya ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Xorvatiya 4 xalla Çexiyanı top fərqində qabaqlayaraq 1/8 finala yüksəlib.

 

Çexiya isə qrupu 3-cü pillədə tamamlayıb. Buna baxmayaraq, Çexiya millisi də qruplarında üçüncü yeri tutan Ukrayna və Finlandiya yığmalarından daha çox xal topladığı üçün turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Beləliklə, İngiltərə 1/8 finalda F qrupunun 2-cisi, Xorvatiya E qrupunun 2-cisi, Çexiya isə Niderland, Belçika və ya E qrupunun qalibi ilə qarşılaşacaq.

 

AVRO-2020

D qrupu

III tur

22 iyun

23:00. Çexiya - İngiltərə - 0:1

Qol: Rəhim Sterlinq, 12

 

23:00. Xorvatiya - Şotlandiya - 3:1

Qollar: Nikola Vlaşiç, 17. Luka Modriç, 62. İvan Perişiç, 77 - Kallum Makqreqor, 42

Xəbər xətti