Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, E qrupunda İspaniya Slovakiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 5:0. E qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İsveç 7 xalla qrup 1-cisi, İspaniya isə 5 xalla qrup 2-cisi kimi 1/8 finala yüksəlib.
Slovakiya isə 3 xalla qrup 3-cüsü olub. Yığma digər qrupların 3-cü pillədə yer alan milliləri müqayisədə top fərqinə görə geri qaldığı üçün turnirlə vidalaşıb. Polşa da 1 xalla sonuncu yerlə turnirdə mübarizəni dayandırıb.
Avropa çempionatı
E qrupu, III tur
20:00. İsveç - Polşa - 3:2
Qollar: Emil Forsberq, 2. 59. Viktor Klasson, 90+4 - Robert Levandovski, 61. 84
20:00. Slovakiya - İspaniya - 0:5
Qollar: Martin Dubravka (avtoqol), 30. Emerik Laport, 45+3. Pablo Sarabiya, 56. Ferran Torres, 67. Yuraj Kuçka (avtoqol), 71
saytlarin hazirlanmasi