“Türkiyənin yerli azarkeşləri də daxil olmaqla Uels, İsveçrə və Türkiyədən səyahət edənlər burada keçirilən matçlar zamanı Bakıya xüsusi rəng və xarakter qatdılar. Bakı 1/4 finala vəsiqə qazanan komandaları qəbul etməyə hazırdır".
Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin qrup mərhələsinin Bakıda keçirilən 3 oyunu haqda Britaniya mətbuatına danışarkən deyib.
Avro-2020-nin qrup mərhələsində Uels – İsveçrə (1:1), Türkiyə - Uels (0:2) və İsveçrə - Türkiyə (3:1) matçlarına paytaxtımız ev sahibliyi edib.
Məmmədov uelsli azarkeşlər barədə də fikirlərini bildirib: “Ümid edirəm ki, azarkeşlər buradan məmnun qaldılar və Azərbaycanla yaxınlıqlıq hiss etdilər. Uels millisinin iyulun 3-də yenidən Bakıda 1/4 final oyununa çıxmaq şansı var. 1/8 final səddini keçsələr, onları yenidən qarşılamaqdan məmnun olarıq”.
AFFA rəsmisi daha sonra bildirib: “Azərbaycan vətəndaşları əvvəlcə “Formula-1”lə, indi isə Avropa çempionatı ilə böyük tədbirə ev sahibliyi etməkdən məmnun oldular. Bu, ölkəmiz üçün əla reklamdır. Uels azarkeşləri Bakıya yalnız futbola baxmaq üçün deyil, həm də Bakının mədəniyyətinə, tariximizə, şəhərimizin müasir, qədim memarlıq abidələrinə şahidlik etmək və bundan zövq almaq üçün gəldilər. Uels və İngiltərədən gələn səyahət pərəstişkarları arasında son dərəcə populyar olan publardan bəhs etmirik. Bakı gələcəkdə Qaret Beyl, Robert Peyc və uelslilər üçün Xəzər dənizindəki ikinci ev kimi qala bilər”.
saytlarin hazirlanmasi