Mahir Emreli "Legiya"nın heyətində növbəti qolunu vurub.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu "Krasnodar"la yoldaşlıq matçında fərqlənib. Əsas heyətdə meydana çıxan Emreli 39-cu dəqiqədə hesabı açıb. O, 70-ci dəqiqədə əvəzlənib. Matç isə 1:1 hesabı ilə başa çatıb.
Daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.
saytlarin hazirlanmasi