Rusiyanın “Ximki” klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Olimp-Dolqoprudni” klubundan ayrılan azərbaycanlı futbolçu İlay Sadıqovla müqavilə imzalayıb. 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Ximki”də daha bir azərbaycanlı futbolçu – Kamran Əliyev də çıxış edir.
İlay ötən mövsüm “Olimp-Dolqoprudni” klubunda keçirdiyi 25 oyunda 4 qol vurub.
saytlarin hazirlanmasi