UEFA Almaniya - Macarıstan oyunu ilə bağlı intizam işi açdı

16:04 - 25 İyun 2021

AÇ-2020-nin F qrupunun 3-cü turunda keçirilən Almaniya – Macarıstan matçı (2:2) ilə bağlı intizam işi açılıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin (Lezbiyan, Gey, Biseksual və Transseksual (Transgender)) bayrağı ilə meydana qaçıb.

 

Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

 

UEFA Münhendəki qarşılaşmadan əvvəl oyunun keçiriləcəyi “Alyans Arena”nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan etmişdi.

Xəbər xətti